Daha 9 fələstinli İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələrin qurbanı olub.
Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Beləliklə, İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olanların sayı 65-ə çatıb, daha 365 nəfər isə yaralanıb.
Bildirilir ki, qurbanların arasında yetkinlik yaşına çatmayan 16 nəfər və 5 qadın var.
Son xəbərlər
Son Xəbərlər