İsrailin Səhiyyə naziri koronavirusa yoluxdu

İsrailin Səhiyyə naziri koronavirusa yoluxdu
Oxunma sayı: 1884

İsrailin Səhiyyə naziri Yaakov Litsman koronavirusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə “Jerusalem Times” qəzeti nazirlik nümayədəsinə istinadən xəbər verib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, Litsman və onun həyat yoldaşında koronavirus tapılıb, onlar karantində olacaq. Qeyd edilir ki, nazir öz vəzifələrini evdən icra edəcək.

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 6092 nəfər koronavirusa yoluxub, 25 pasiyent dünyasını dəyişib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 820 mindən çox yoluxma halı qeydə alınıb, 40 mindən çox pasiyent vəfat edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi