İsrailin törətdiyi qətliam araşdırılacaq - BMT qərar verdi

israilin-toretdiyi-qetliam-arasdirilacaq
Oxunma sayı: 1341

14 mayda Qəzzada 63 nəfərin ölümünə, 2700-dən çox fələstinlinin yaralanmasına səbəb olan İsrailin kütləvi qətliamı BMT tərəfindən qınanılıb.

“Qafqazinfo” xəbər verir ki, qurumun İnsan Hüquqları üzrə Komitəsi işğalçı İsrailin fələstinlilərə qarşı törətdiyi qətliamın araşdırılması üçün xüsusi komissiya yaradılmasını qərara alıb.

Bununla bağlı keçirilən səsvermədə 29 ölkə lehinə, 2 ölkə əleyhinə səs verib. 14 ölkə isə bitərəf qalıb.

Əleyhinə səsləri ABŞ və Avstraliya verib. Bitərəf qalan ölkələr sırasında Almaniya, İngiltərə, Yaponiya, İsveçrə kimi ölkələr yer alıb.