İsraildə keçirilən parlament seçkilərində “Exit-poll” nəticələri açıqlanıb.
“Qafqazinfo” NTV Türkiyə-yə istinadən xəbər verir ki, hazırkı baş nazir Benyamin Netanyahunun Likud Partiyası ilə ən yaxın rəqibi Mavi-Ağ İttifaqı başa-baş səs toplayıb.
Likud və Mavi-Ağ İttifaqının Knessetdə təmsil olunacağı millət vəkili sayı:
“Kanal 13”ə görə - 36-36
“Kanal 12”yə görə - 33-37
“Kanal 11”ə görə - 36-37
Bundan sonra, sabiq Baş Qərargah rəisi Beni Qanç və keçmiş jurnalist Yair Lapidin Mavi-Ağ İttifaqı qələbələrini elan ediblər. Buna baxmayaraq, Netanyahu da öz partiyasının qalib gəldiyini açıqlayıb.
İsrail Mərkəzi Seçki Komissiyasının qeyri-rəsmi nəticələri bu gün günorta saatlarında açıqlayacağı gözlənilir. Rəsmi nəticələr isə 17 apreldə elan ediləcək.
Qeyd edək ki, seçkidə 41 partiya mübarizə aparıb.
Son xəbərlər
Son Xəbərlər