İsrailli alimlərdən Ayla bağlı yeni açıqlama

israilli-alimlerden-ayla-bagli-yeni-aciqlama
Oxunma sayı: 2569

İsrailli alimlər Ayın formalaşması ilə bağlı yeni nəzəriyyə irəli sürüblər.

Qafqazinfo” xəbər verir ki, bu barədə araşdırma “Nature Geoscience” jurnalında dərc olunub.

İsrailin Technion Universitetinin professoru Hagai Perets və Weizmann İnstitutundan professorlar Raluca Rufo və Oded Aharonson, apardıqları birgə işdə Ayın Dünyanın əmələ gəlmə mərhələsində planetə dəyən kiçik göy cisimlərinin yer üzündən ayırdığı parçaların birləşməsindən ibarət olduğunu irəli sürüb.  

Alimlər bu nəzərinə ilə bağlı 800 ayrı toqquşma simulyasiya hazırlayıblar.

Qeyd edək ki, bu günə qədər Ayın Dünya ilə Mars böyüklüyündə bir planetin toqquşması nəticəsində yarandığı qəbul edilirdi.