İsrailli nazir səfirlərdən bunu istədi

israilli-nazir-sefirlerden-bunu-istedi
Oxunma sayı: 3446

“İran hökuməti budəfəki raket hücumu ilə qırmızı xətti keçdi”.

“Qafqazinfo” “AFP”yə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz bildirib.

Katz buna səssiz qalmayacaqlarını bəyan edərək deyib ki, beynəlxalq ictimaiyyət İrana qarşı İsrailin yanında olmalıdır.

Məlumata görə, nazir İsrailin digər ölkələrdəki səfirlərinə də bununla bağlı mesaj göndərib.

O, səfirlərdən İsrailin İranın raket hücumuna sərt cavab verəcəyini ölkələrin hökumətlərinə çatdırmağı xahiş edib.