“İşsiz kişi aliment pulunu necə ödəyəcək?”

issiz-kisi-aliment-pulunu-nece-odeyecek
Oxunma sayı: 3612

“İmama ağlayanda, yezidə də ağlamaq lazımdır. Qanunlarımıza görə, işsiz kişi ailəsinə aliment ödəmək məcburiyyətindədir. Amma bu pulu haradan alacaq, necə ödəyəcək? Hələ də açıq qalan suallardır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Jalə Əliyeva parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilki hesabatı ilə bağlı müzakirələrdə deyib. O qeyd edib ki, gender bərabərliyindən danışanda kişilərin hüquqlarını nəzərə almaq lazımdır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə cavab olaraq bildirib ki, əksər kişilər ayrılanda dəqiq maaşlarını göstərmirlər: “Bunun hər birini görmüşük, keçmişik, bilirik. Valideyn məsuliyyəti böyük məsələdir. Sən dünyaya uşaq gətirəndə məsuliyyəti dərk etməlisən. Ayrılanda yoldaşından ayrılırsan, uşaqlardan yox”. 

Zaur Mirzə