“İşsizlik imkan vermir ki, gənclər ailə qursun”

issizlik-imkan-vermir-ki-gencler-aile-qursun
Oxunma sayı: 2031

“İşsizlik, digər sosial problemlər imkan vermir ki, gənclər ailə qursun”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib.

Deputat qeyd edib ki, bunu hazırkı tendensiyada da görürük: “Evlənmə yaşı 30-35-dən yuxarı qalxıb. Boşananların sayı sürətlə artır. Selektiv abortların artması gələcək üçün ciddi təhlükə yaratmaqdadır. Abortların 27 % artması çox ciddi mesajlar verir”.

F.Mustafa, həmçinin qadın sahibkarların az olması məsələsinə də toxunub: “Qadınlarımız müxtəlif bürokratik əngəllər qarşısında durmaq istəmirlər. Böyük əksəriyyət qadınlar kişilərin çəkdiyi əzabı dövlət qurumları qarşısında çəkməyə maraqlı deyillər, gücləri çatmır, xarakterləri imkan vermir. Yoxsa o qədər bacarıqlı qadınlarımız var ki... Bir dənə də olsun, qadın icra başçımız yoxdur. Əslində 10-15 qadın icra başçımız olmalı idi”.

Zaur Mirzə