İşsizlikdən geyimlərini ucuz qiymətə satışa çıxardı

issizlikden-geyimlerini-ucuz-qiymete-satisa-cixardi
Oxunma sayı: 3940

Dünyaca məşhur aktrisa Lyusi Fallon “Coronation Street” serialı ilə yollarını ayırdıqdan sonra işsiz qalıb.

“Qafqazinfo” xəbər verir ki, ingilis serial ulduzu gündəlik xərclərini qarşılamaq üçün paltarlarını onlayn satışa çıxarıb. 24 yaşlı Fallon ciddi maliyə problemi ilə üzləşdiyini, bu səbəbdən belə bir yola əl atdığını açıqlayıb.

Lyusinin satışa çıxardığı məhsulları çox ucuz qiymətə satması da diqqət çəkib. Belə ki, o, bütün əşyalarına 20-75 sterlinq arasında alıcı tapmaq niyyətindədir.