İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 185 milyona çatdırıla bilər

issizlikden-sigorta-haqlari-uzre-daxilolmalar-185-milyona-catdirila-biler
Oxunma sayı: 1365

İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinə dəyişiklik edilir.

“Qafqazinfo” xəbər verir ki, bu, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsinə dair izahatda əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial islahatlar çərçivəsində əhalinin məşğulluğu ilə bağlı tədbirlərin gücləndirilməsi məqsədilə ölkədə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılması işsiz (işaxtaran) şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması və aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün çevik maliyyə mexanizmini formalaşdırıb.

İşsizlikdən sığorta fondunun  2023-cü il və cari ilin 4 ayı üzrə büdcə gəlirlərinin icra göstəricilərinin təhlilinə əsasən, ilin sonuna işsizlikdən sığorta haqları üzrə mədaxillərin artımı gözlənilir. Beləliklə, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Qanun layihəsində işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 milyon 700 min manat artırılaraq 179 milyon 976 min 800 manatdan 184 milyon 676 min 800 manata çatdırılması təklif olunur. Eyni zamanda gəlirlərin qeyri-büdcə sektoru üzrə olan hissəsinin 139 300 000,0 manat olacağı proqnozlaşdırılır. Cari ilin xərc məbləğində dürüstləşmə nəzərdə tutulmadığından, 2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış hissəsi 57 milyon 953 min 200 manatdan 53 milyon 253 min 200 manata və ya 4 milyon 700 min manat azaldılıb.

Zaur Mirzə