“İST” Petrol Yardım Fonduna 30 min köçürdü

ist-petrol-yardim-fonduna-30-min-kocurdu
Oxunma sayı: 1886

“İST” Petrol yanacaq doldurma məntəqəsi Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna ümumi olaraq 30 000 (otuz min) manat vəsait köçürüb. 

“Qafqazinfo”nun məlumatına görə, “İST” Petrol yanacaq doldurma məntəqəsinin rəhbərliyi bildirir ki, Dövlətimizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza dəstək olmaq bizim üçün böyük şərəfdir.

“Ali Baş Komandanımız İlham Əliyevin qismən səfərbərlik çağırışına və hazırda qızğın döyüş əməliyyatları həyata keçirən silahlı qüvvələrimizə dəstək olmaq bizim də mənəvi borcumuzdur. Yolumuz haqq yoludur və inanırıq ki, zəfər bizim olacaq”,- deyə qeyd olunub. 

“İST” Petrol yanacaq doldurma məntəqəsinin işçilərinin bir qismi artıq ordu sıralarına qoşulub və onların iş yerləri qanunvericiliyə uyğun qaydada qorunmaqla bərabər, ailələrinə mütəmadi olaraq maddi yardım göstəriləcəkdir.

Qeyd edək ki,  29 sentyabr 2020-ci il tarixdə cəbhənin Tərtər bölgəsindəki əsgərlərə kömək məqsədi ilə 10 000 (on min) manat məbləğində ərzaq, geyim və siqaret alınaraq çatdırılıb.