İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edildi

İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edildi
Oxunma sayı: 795

İstanbul 2023-cü il üçün Türk Dünyasının Gənclik Paytaxtı elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu Bursada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin VI toplantısında bildirib.

Qeyd edək ki, toplantı IV Dünya Köçəri Oyunları çərçivəsində keçirilib.

TDT-nin gənclər və idman nazirlərinin 6-cı Toplantısı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev, eləcə də Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstanın idman və gənclər nazirləri iştirak ediblər.