İstanbul-Bakı uçuşları təxirə salındı

istanbul-baki-ucuslari-texire-salindi
Oxunma sayı: 1487

Yanvarın 16-da İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) İstanbul-Bakı aviareysini təxirə salıb.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumata görə yanvarın 15-16-da İstanbul Atatürk Aeroportundan həyata keçirilən uçuşlar fırtınalı hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY yanvarın 16-da ümumilikdə 49 aviareysi müvəqqəti dayandırıb.