İstanbul Boğazı bağlandı

istanbul-bogazi-baglandi
Oxunma sayı: 3576

Sıx dumanla əlaqədar olaraq İstanbul Boğazı bağlanıb.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, məlumatı İstanbul Liman İdarəsi yayıb. Məlumata görə, boğazda gəmilərin hər iki istiqamətdə hərəkəti Türkiyə saatı ilə 12:58-də təxirə salınıb.

Boğazda gəmilərin hərəkətinin nə zaman bərpa edilməsi hava şəraitindən asılı olacaq.