İstanbul bu gün “qovrulacaq”

istanbul-bu-gun-qovrulacaq
Oxunma sayı: 5328

Türkiyənin İstanbul şəhərində Eyyam-ı bahur (“Afrika istisi”) istilərinin bu gün zirvəyə çatması gözlənilir.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda termometrlər 39 dərəcəni göstərəcək.

Boğaziçi Universiteti Kandilli Rəsədxanası Meteorologiya Laboratoriyasının müdiri və meteorologiya mühəndisi Adil Tek, Eyyam-ı bahur istilərinin Türkiyəyə Şimali Afrikadan gəldiyini və temperaturun tədricən artacağını bildirib:

“İstanbulda Eyyam-ı bahurun ​​temperaturu bu gün “pik” nöqtəsinə çatacaq. Bu gün 39 dərəcəyədək isti olacaq. Dünənlə müqayisədə temperaturun 8 dərəcəyə yaxın artacağını gözləyirik. Həftənin sonuna yaxın havanın temperaturu tədricən azalmağa başlayacaq. Həftəsonu havanın temperaturu 35 dərəcə civarında olacaq”.