Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq.
"Qafqazinfo" xəbər verir ki, 26-cı turun mərkəzi oyununda “Qalatasaray” doğma azarkeşləri önündə “Beşiktaş”ı qəbul edəcək.
“Türk Telekom” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunun baş hakimi Abdulkadir Bitiqen olacaq.
Qeyd edək ki, koronavirus pandemiyasına görə qarşılaşma azarkeşsiz keçiriləcək.
***
Azarkeşsiz keçən oyun heç-heçə başa çatıb.
Qeyd edək ki, "Qalatasaray"-"Beşiktaş" arasında ilk azarkeşsiz oyun 2007-2008 mövsümünün 7-ci həftəsində Əli Sami Yen stadionunda keçirilib. "Sarı-qırmızılar"ın əvvəlki mövsümdən qalan cəzası tribunaların boş qalmasına səbəb olmuşdu.
Son xəbərlər
Son Xəbərlər