Türkiyə kubokunda yarımfinal mərhələsində növbəti matç keçirilib.
“Qafqazinfo” xəbər verir ki, İstanbul derbisində “Beşiktaş” öz meydanında “Fənərbağça”nı qəbul edib.
Başdan sona qədər gərgin keçən matçda tez-tez ara qarışıb və fasiələlər yaranıb. Bu səbəbdən 101 dəqiqə davam edən matçda 3 qırmızı vərəqə çıxıb. Bunlardan ikisi “Fənərbağça”, biri isə “Beşiktaş” futbolçularına göstərilib.
Hərəyə iki qol vuran tərəflər meydandan 2:2 hesablı bərabərliklə ayrılıb.
Qeyd edək ki, bu komandalar bir neçə gün öncə Türkiyə Super Liqası çərçivəsində qarşılaşmış və “Beşiktaş” 3-1 hesablı qələbə qazanmışdı.
“Beşiktaş” – “Fənərbağça” – 2:2
Qollar: 14 – Neqredo, 82 – Talişka // 17 – Soldado, 45+2 – Şener
Qırmızı vərəqələr: 52 – Quarejma // 44 – Alper Potuk, 77 – Volkan Dəmirəl
Son xəbərlər
Son Xəbərlər