İstanbul derbisinin baş hakimi məlum oldu

istanbul-derbisinin-bas-hakimi-melum-oldu
Oxunma sayı: 1159

Türkiyə Super Liqasının 26-cı turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının hakimləri açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Türkiyə Futbol Federasiyası İstanbul derbisinə Mete Kalkavanı hakim təyin edib. Qarşılaşma bazar günü saat 22:00-da start götürəcək.

25 oyundan sonra "Fənərbaxça" 59 xalla turnir cədvəlində ikinci yerdədir. "Qalatasaray" isə 25 oyuna 39 xalla 5-ci yerdə qərarlaşıb. Turnir cədvəlinin lideri “Beşiktaş”ın 25 oyuna 60 xalı var.