İstanbul derbisinin vaxtı açıqlandı

istanbul-derbisinin-vaxti-aciqlandi
Oxunma sayı: 1468

Türkiyə Super Liqasının 23-cü turunda keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" matçının vaxtı müəyyənləşib.

"Qafqazinfo" Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 23-ü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, 19 turdan sonra "Fənərbaxça" 37 xalla 2-ci, "Qalatasaray" 33 xalla 6-cıdır.