İstanbul həbsxanasında intihar - Qaşıqçının qətlində şübhəli bilinirdi

istanbul-hebsxanasinda-intihar
Oxunma sayı: 1085

Aprelin 19-da Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinin Kəşfiyyat Xidmətinə casusluq etdiyinə görə saxlanılan şübhəlilərdən biri intihar edib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda haqqında “hərbi, siyasi və beynəlxalq casusluq” maddələri üzrə istintaq aparılan şəxs Silivri həbsxanasında özünü asıb.

Qeyd edək ki, rəsmi Ankara həbs olunanlardan birinin səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə əlaqəsinin olub-olmadığını araşdırırdı.

Xatırladaq ki, Amerikanın “The Washington Post” qəzetində işləyən Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülüb. Jurnalistin cəsədi bugünə qədər tapılmayıb.