“Qafqazinfo” xəbər verir ki, millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva çıxışında onların dəvətini qəbul edib Azərbaycanın ön cəbhə rayonlarından olan Tovuzda,Qovlar şəhərində konsert proqramı ilə çıxış etdiklərinə görə İstanbul Modern Folk Topluluğuna təşəkkürünü bildirib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan ümummili lider Heydər Əliyevin dediyi kimi "bir millət iki dövlət" olan Azərbaycan və Türkiyə arasında əlaqələrin getdikcə genişlənməsinin sevindirici olduğunu deyiblər və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Həm Türk sənət musiqisi nümunələrini, həm də Azərbaycanın böyük bəstəkarlarının əsərlərini ifa edən İstanbul Modern Folk Topluluğunun çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər