İstanbul-Tehran marşrutu üzrə hərəkət edən Türkiyə təyyarəsi istiqamətini dəyişib və Bakıya tərəf uçub.
“Qafqazinfo” bildirir ki, bu barədə məlumat “Flight Radar” sisteminin onlayn tablosunda əks olunub.
Söhbət “Turkish Airlines” aviakompaniyasının TK874 reysindən gedir. Təyyarə yerli vaxtla saat 00:05-də (Bakı vaxtı ilə saat 00:35-də-red.) Tehranda eniş etməli idi.
Marşrutun dəyişdirilməsinin səbəbi məlum deyil.
Daha əvvəl “Jamaran” agentliyi Tehranın bəzi qərb rayonlarında həyəcan siqnalının eşidilməsi barədə xəbər vermişdi.
***
“Turkish Airlines” aviaşirkətinin Tehran istiqamətinə uçan təyyarəsinin istiqamətini dəyişməsinə hava şəraiti səbəb olub.
Bu barədə İmam Xomeyni adına Beynəlxalq Hava Limanının ictimai əlaqələr şöbəsinin müdiri Fərşid Hüseyni “ISNA”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hava şəraiti sabitləşəndə təyyarə Tehrana qayıdacaq.
Son xəbərlər
Son Xəbərlər