İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı daha bir nəfər artıb.
“Qafqazinfo”nun Hurriyet-ə istinadən məlumatına görə, terrorda yaralanan 4 yaşlı uşaq da bu gün xəstəxanada vəfat edib. Bununla da ölənlərin sayı 45 nəfərə çatıb.
Xatırladaq ki, aeroportda baş verən 3 partlayışda 239 adam yaralanıb.
Son xəbərlər
Son Xəbərlər