İstanbul üçün yeni qərarlar açıqlandı

istanbul-ucun-yeni-qerarlar-aciqlandi
Oxunma sayı: 2162

Xəbər verdiyimiz kimi, İstanbulda yağan güclü qar bır sıra qurumlarda işi dayandırıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbul valisi Ali Yerlikaya yeni tədbirlərlə bağlı açıqlama verib.

Vali bildirib ki, dövlət müəssisə və təşkilatlarında çalışan əlil və hamilələrin yanvarın 28-dək məzuniyyəti nəzərdə tutulacaq.

Həmçinin, universitetlərdə yanvarın 31-dək təhsil dayandırılacaq. Xüsusi Təhsil və Reabilitasiya Mərkəzlərində tədris yanvarın 28-i cümə gününə kimi dayandırılacaq.

Yerlikaya Trakya və Anadoludan hərəkət edən avtomobillər üçün İstanbula giriş məhdudiyyətinin ləğv olunduğunu açıqlayıb.

Bundan başqa, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu da açıqlama verərək bildirib ki, əsas yollar daxil olmaqla, İstanbulda bütün yollar nəqliyyata açılıb.