İstanbula qaçaq yolla Napoleon dövrünə aid qızıl pullar keçirmək istədi

istanbula-qacaq-yolla-napoleon-dovrune-aid-qizil-pullar-kecirmek-istedi
Oxunma sayı: 1766

İstanbul hava limanında qanunsuz yollarla Türkiyəyə gətirilən Napoleon dövrünə aid 153 qızıl pul və 7 dəyərli saat ələ keçirilib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, əşyalar Əlcəzair əsilli Fransa vətəndaşının üzərindən tapılıb və o saxlanılıb.

Bildirilib ki, 49 yaşlı fransalı özünü şübhəli apardığı üçün yoxlama həyata keçirilib.

Onun üzərinə baxış zamanı III Napoleon dönəmində və 1851-1914-cü illərdə zərb olunmuş 153 ədəd Fransa qızıl pulu və hər biri 300-500 avro dəyərində olan yeddi fərqli markadan lüks qol saatları tapılıb.