İstanbula uçan “Buta” təyyarəsi təcili eniş etdi

İstanbula uçan “Buta” təyyarəsi təcili eniş etdi
Oxunma sayı: 1958

Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

“Qafqazinfo” xəbər verir ki, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib. 

Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirmiş. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi