İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qaragömrük mafiyasına qarşı əməliyyat keçirib.
“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində silahlı basqın, təhdid, adam yaralama, şantaj kimi bir çox cinayətlərdə təqsirli bilinən 11 şübhəli saxlanılıb.
Saxlanılan şəxslər arasında həbsxanada olan mafiya lideri Nurəddin Erginin oğlu və 2 qardaşı da var.
Son xəbərlər
Son Xəbərlər