İstanbulda 17 mərtəbəli binada yanğın başlayıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın Ataşehirdə yerləşən binanın çöl hissəsində qeydə alınıb.
Hazırda yanğınla mübarizə davam etdirilir. Göydələndə ofislərin yerləşdiyi məlumdur. Yanğının səbəbi hələ ki açıqlanmayıb.
***
Yanğını təqribən 2 saat sonra söndürmək mümkün olub.
Son xəbərlər
Son Xəbərlər