İstanbulda aviaqəzada ölənlərin sayı artdı

istanbulda-aviaqezada-olenlerin-sayi-artdi
Oxunma sayı: 6865

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 3-ə çatıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Anadolu” agentliyi ölkənin Səhiyyə naziri Fəxrəddin Qocanın açıqlamasına istinadən xəbər verib.

Bundan əlavə, göyərtədə olan 184 nəfərdən 179-u xəstəxanaya yerləşdirilib.

Daha əvvəl bir nəfərin öldüyü, 157 nəfərin xəsarət aldığı bildirilirdi. Yaralananlardan biri azərbaycanlıdır.  

Xatırladaq ki, “Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsi dəniz üzərindən Sabiha Gökçən hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb.