İstanbulda avtobusla tramvay toqquşdu, yaralılar var - Fotolar

istanbulda-avtobusla-tramvay-toqqusdu-yaralilar-var
Oxunma sayı: 1459

İstanbulun Fatih bölgəsində avtobusla tramvay toqquşub.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub. Yaralılara orada ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər. 

Hazırda hadisə yerində araşdırma davam edir.