İstanbulda binada elektrik paneli partlayıb, 21 nəfər zəhərlənib

istanbulda-binada-elektrik-paneli-partlayib-21-nefer-zeherlenib
Oxunma sayı: 734

İstanbulun Bağcılar bölgəsində beşmərtəbəli binanın elektrik paneli partlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nəticədə 15-i uşaq olmaqla 21 nəfər yaranan qatı dumandan zəhərlənib.

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir. Zəhərlənən sakinlər dərhal xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlayıb.