Türkiyənin İstanbul şəhərinin Üsküdar bölgəsində 3 mərtəbəli binada partlayış baş verib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış binanın ən üst mərtəbəsində qeydə alınıb.
Hadisə nəticəsində 2 nəfər yaralanıb. Onların vəziyyətinin yaxşı olduğu qeyd olunur.
Partlayışdan dərhal sonra hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər