İstanbulda biznes mərkəzi yanır - Yenilənib

istanbulda-biznes-merkezi-yanir
Oxunma sayı: 2845

İstanbulun Bayrampaşa bölgəsində yerləşən biznes mərkəzlərindən birində yanğın başlayıb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, əraziyə çox sayda yanğınsöndürən cəlb olunub. 

9 nəfərin ofisin daxilində köməksiz halda qaldığı bildirilir. 

Yanğının səbəbi hələ ki məlum deyil.

***

Binada qalan 9 işçi xilas edilib. Tüstüdən zəhərlənən 4 yanğınsöndürənə isə hadisə yerində ilkin yardım göstərilib.