İstanbulda boya fabrikində yanğın - 3 ölü, 9 yaralı

istanbulda-boya-fabrikinde-yangin
Oxunma sayı: 1430

Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın olub.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, yanğından sonra şiddətli partlayışlar baş verib.

Nəticədə 3 işçi həlak olub, daha 9 nəfər isə yaralanıb.

Partlayış nəticəsində ətrafa beton parçaları səpilib və ətrafdakı bəzi maşın və evlərə zərər dəyib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını nəzarət altına alıb.