İstanbulda bu şəxslərin ictimai nəqliyyatdan istifadəsi qadağan olundu

istanbulda-bu-sexslerin-ictimai-neqliyyatdan-istifadesi-qadagan-olundu
Oxunma sayı: 2457

Türkiyədə koronavirusla mübarizə çərçivəsində yeni qərarlar verilib.

“Qafqazinfo” xəbər verir ki, yeni qaydalara əsasən, İstanbulda 65 yaşdan yuxarı və 20 yaşdan aşağı hər kəsin ictimai nəqliyyatdan istifadəsi qadağan edilib.

Qərar 15 yanvar tarixindən etibarən qüvvəyə minəcək. Məlumatı İstanbul şəhər bələdiyyəsi yayıb.