İstanbulda çökən binadan son məlumat - 3 ölü, 12 yaralı + Yenilənib

istanbulda-coken-binadan-son-melumat
Oxunma sayı: 4367

İstanbulun Maltəpə qəsəbəsində 8 mərtəbəli yaşayış binası baş vermiş partlayışdan sonra çöküb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən xəbərinə görə, binada 12 ailənin yaşadığı, xəsarət alanların olduğu bildirilir.

Hazırda hadisə yerinə polis, FHN əməkdaşları və təcili yardım briqadaları cəlb edilib. 

***

Hadisə nəticəsində 1 nəfər ölüb. Hazırda 4 nəfərin dağıntıların altından çıxarılması üçün tədbirlər görülür.

***

Dağıntılar altından bir nəfər sağ olaraq çıxarılıb. Bu arada, binanın çökmə anını əks etdirən görüntülər yayılıb.

*** 

Bu saata olan məlumata görə, dağıntılar arasından daha bir nəfərin cəsədi çıxarılıb. 6 nəfər isə yaralıdır. Bunu İstanbul valisi Əli Yerlikaya Tvitter səhifəsində yazıb. 

***

 İstanbul valisi Əli Yerlikaya 1-i ağır olmaqla 7 vətəndaşın yaralı halda dağıntılar altından xilas edildiyini açıqlayıb:

“9 yaşlı Məhəmməd Aləmdar ilə isə uçqunlar altında əlaqə saxlayırıq”.

***

“Anadolu” agentliyinin məlumatına görə, dağıntılar altından ümumilikdə 3 cəsəd, 12 yaralı çıxarılıb. Sonuncu dəfə 4 nəfər sağ çıxarılıb. Onların arasında 9 yaşlı Məhəmməd Aləmdar da var.

Parlament sədri Binəli Yıldırım, daxili işlər naziri Süleyman Soylu, ətraf və şəhərsalma üzrə naziri Murad Kurum və digər rəsmilər Hadisə yerinə baş çəkiblər.

Hazırda xilasetmə tədbirləri davam etdirilir.