İstanbulda qəzaya düşən sərnişin təyyarəsində həlak olan 3 qadından biri də Songül Bozkurt olub.
“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, 29 yaşında dünyasını dəyişən gənc qadının KİV-də fotoları yayılıb.
Məlumata görə, İzmirdə yaşayan Bozkurt subay olub və fərqli yerləri görməyi çox sevdiyi üçün tez-tez səyahət edirmiş. Təyyarə ilə sonuncu səfərində məqsəd isə İstanbulda bir dostu ilə görüşüb şəhəri gəzmək olub.
Xatırladaq ki, fevralın 5-də “Pegasus” hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən “Boeing 737-800” təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər (Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt) həyatını itirib, 179 nəfər xəsarət alıb.


Son xəbərlər
Son Xəbərlər