İstanbulda Dünya Humanitar Yardım Sammiti keçiriləcək

istanbulda-dunya-humanitar-yardim-sammiti-kecirilecek
Oxunma sayı: 688

Türkiyə tarixdə ilk dəfə təşkil olunacaq Dünya Humanitar Yardım Sammitinə ev sahibliyi edəcək. BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammit, Lütfü Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında baş tutacaq.

"Qafqazinfo"ya daxil olan məlumata görə, böhrana məruz qalan insanlar ilə ölkə liderlərinin ilk dəfə bir araya gəldiyi İstanbul Sammitində, dünyada yaşanan hümanitar problemlərin həlli yolları müzakirə ediləcək.

Yeri gəlmişkən Sammitin İstanbulda keçirilməsi, hümanitar yardım sahəsində örnək fəaliyyətləri ilə seçilən Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun bir göstəricisidir.

Hal hazırda 3 milyondan artıq Suriyalı qaçqının məskunlaşdığı Türkiyə, BMT məlumatlarına görə dünyada ən çox qaçqın qəbul edən ölkədir. Eyni zamanda rəsmi humanitar yardımın milli gəlirə olan nisbətinə görə də dünyanın "ən səxavətli" donor ölkəsi statusunu qazanıb.