İstanbulda gəmi ilə qayıq toqquşdu, ölənlər var - Fotolar

istanbulda-gemi-ile-qayiq-toqqusdu-olenler-var
Oxunma sayı: 2361

Türkiyənin İstanbul şəhərində Sultan Səlim Körpüsünün altında “AS ROSAILA” adlı ticarət gəmisi balıqçı qayığı ilə toqquşub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, nəticədə, qayıq batıb.

Qəza 16:00 radələrində baş verib. Əraziyə xilasedicilər cəlb edilib. Qayıqda olan üç nəfərdən biri hadisə yerində, biri xəstəxanada həyatını itirib. Bir nəfərin isə həyatını xilas etmək mümkün olub.