İstanbulun Pendik sahillərində ekipaj üzvləri xarici vətəndaşlar olan gəmidə yanğın baş verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 9 suriyalı, 2 misirli, 4 hindlinin olduğu “Mark” adlı yük gəmisi səhər saatlarında alovlanmağa başlayıb.
Yanğınsöndürənlər qısa zamanda yanğına müdaxilə ediblər. Gəminin heyəti təxliyyə edilərək müayinəyə göndərilib. Yanğının səbəbi bilinməsə də, gəmiyə böyük maddi ziyan dəydiyi açıqlanıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər