İstanbulda Gülsurənin sevgilisi ilə eks-sevgilisi arasında dava - Video

istanbulda-gulsurenin-sevgilisi-ile-eks-sevgilisi-arasinda-dava
Oxunma sayı: 2811

İstanbulun Esenyurt qəsəbəsində kafelərdən birində azərbaycanlı Gülsurə A.-ya görə silahlı insident yaşanıb.

“Qafqazinfo”nun “dha.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Gülsurə A. sevgilisi Caner K. Və dostları ilə birlikdə kafeyə gedib. Məkanda qadının keçmiş sevgilisi Sərdar A. da olub. Üz-üzə gələn tərəflər arasında dava baş verib.

Davalarını küçədə davam etdirən Caner öncə Sərdarı yumruqlayıb, daha sonra dostundan aldığı silahla döyərək ona xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri də cəlb edilib.

Yaralı şəxs xəstəxanaya yerləşdirilib, iki sevgili isə saxlanılıb. Onların üzərinə baxış keçirilərkən Canerdən 1 silah götürülüb. Eləcə də Gülsurənin alt paltarında gizlətdiyi silah ələ keçirilib.

Hər iki şəxs polis şöbəsində dindirildikdən sonra məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.