İstanbulda İŞİD əməliyyatı - 62 nəfər tutuldu

istanbulda-isid-emeliyyati
Oxunma sayı: 890

İstanbul Polis İdarəsinin Terrorizmlə Mübarizə Şöbəsi 10 ünvanda İŞİD əməliyyatı keçirib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, polislər İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 58-i əcnəbi olmaqla ümumilikdə 62 nəfəri tutub.

Əcnəbilərin ölkədən deportasiya ediləcəyi bildirilib. 4 türkiyəli haqqında isə cinayət işi açılıb.

Hazırda araşdırmalar davam edir.