İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşü ilə bağlı Çavuşoğludan - Açıqlama

istanbulda-kecirilecek-rusiya-ukrayna-gorusu-ile-bagli-cavusogludan
Oxunma sayı: 3856

“Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüşəcək. Biz hər iki tərəfin Türkiyəyə göstərdiyi etimaddan irəli gələn məsuliyyətin fərqindəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində yazıb.

“Ümid edirik ki, görüşlər davamlı atəşkəslə nəticələnəcək və sülhə imkan verəcək”, - deyə Çavuşoğlu qeyd edib. 

Həmçinin oxuyun: Rusiya və Ukraynanın nümayəndə heyəti İstanbulda görüşəcək