İstanbulda kimya fabrikində partlayış - Video

istanbulda-kimya-fabrikinde-partlayis
Oxunma sayı: 2217

İstanbulun Hadımköy rayonunda fabrikdə partlayış baş verib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, yuyucu toz istehsal edən fabrikin turşu qazanı partlayıb. İşçilər təxliyə olunub. Ölən və yaralananın olmadığı bildirilir. Hadisə yerinə xeyli sayda yanğınsöndürən və xilasedici cəlb edilib.

Partlayışın səbəbi araşdırılır.