İstanbulda koronavirusa yoluxanların sayı 8 mini ötdü

istanbulda-koronavirusa-yoluxanlarin-sayi-8-mini-otdu
Oxunma sayı: 1772

İstanbul valisi Əli Yerlikaya Covid-19-a yoluxan şəhər əhalisinin sayını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, vali Tvitter səhifəsində 117 vətəndaşın dünyasını dəyişdiyini, 8 min 852 nəfərin isə virusa yoluxduğunu yazıb. Yerlikaya “Evində qal İstanbul, həyat evə sığır” şüarını səsləndirərək istanbulluları tədbirli olmağa çağırıb.

Qeyd edək ki, Türkiyədə 15 min 679 nəfər koronavirusa yoluxub, 277 nəfər isə dünyasını dəyişib.