İstanbulda Maliyyə Mərkəzində yanğın oldu

istanbulda-maliyye-merkezinde-yangin-oldu
Oxunma sayı: 1831

İstanbulda inşası davam etdirilən Maliyyə Mərkəzində yanğın baş verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunub.

Yanğını yarım saat sonra söndürmək mümkün olub. Hadisə nəticəsində 3 işçi xəsarət alıb.

Qeyd edək ki, Maliyyə Mərkəzinin inşasına 2009-cu ildə başlanılıb.

Həmçinin oxuyun: Ученые рассказали, как продлить себе жизнь на 8 лет