İstanbulda məktəb qarşısında kimyəvi qaz faciəsi - Şagird və müəllimlər zəhərləndi

istanbulda-mekteb-qarsisinda-kimyevi-qaz-faciesi
Oxunma sayı: 1272

İstanbulun Sultanbəyli bölgəsində kimyəvi qazdan zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, liseylərdən birinin çıxışında baş verən hadisə nəticəsində 4 şagird və 2 müəllim zəhərlənib.

Zəhərlənənlər Sultanbəyli Dövlət Xəstəxanasına yerləşdirilib. Xəstəxana karantinaya alınıb.

Maddənin 2 şagird tərəfindən atıldığı bildirilir. Həmin şagirdlər polis tərəfindən saxlanılıb. Onlar maddəni yerdən tapdıqlarını bildiriblər.