İstanbulda məskunlaşan suriyalılara vaxt verildi

İstanbulda məskunlaşan suriyalılara vaxt verildi
Oxunma sayı: 1846

İstanbulda qeydiyyatda olmayan (digər  vilayətlərdə qeydiyyatda olan) Suriya əsilli xarici vətəndaşların qeydiyyatda olduqları ərazilərə qayıtmaqları üçün 20 avqust 2019-cu il tarixinə qədər vaxt verilib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.

Açqlamada bildirilir ki, İstanbulda 547 min 479 suriyalı daxil olmaqla ümumilikdə 1 milyon 69 min 860 xarici vətəndaş var. 

“Göstərilən müddətin sonunda geri qayıtmadığı müəyyən olunan şəxslər Daxili İşlər Nazirliyinin təlimatı əsasında qeydiyyatda olduqları ərazilərə sövq olunacaqlar”, - deyə məlumatda vurğulanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi