İstanbulda metro tikintisində partlayış - Fotolar

İstanbulda metro tikintisində partlayış
Oxunma sayı: 1971

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda metro tikintisində partlayış baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kaynarca məhəlləsindəki hadisə yerinə yanğınsöndürmə xidməti, polis və təcili yardım xidməti cəlb edilib.

Partlayış nəticəsində yaxınlıqdakı bəzi binların şüşələri sınıb, maşınlara ziyan dəyib.

Vətəndaşlar ərazidən uzaqlaşdırılıb.

Bildirilib ki, metro inşaatında qazıntı zamanı istifadə edilən partlayıcıların artıq qalan hissəsinin nəzarət altında zərərsizləşdirilməsi zamanı boş kapsullar partlayıb və hadisə baş verib.

Faktla bağlı araşdırma aparılır.