İstanbulda novruz gərginliyi - 120 nəfər saxlanıldı

istanbulda-novruz-gerginliyi
Oxunma sayı: 4587

İstanbulda polis icazəsiz Novruz tədbiri keçirmək istəyən və xəbərdarlıqlara məhəl qoymayan qrupa müdaxilə edib.

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, rəsmi qadağaya baxmayaraq, HDP-nin çağırışı ilə tədbir keçirmək istəyən 120 nəfər polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gün İstanbulda İstiqlal küçəsində partlayış baş verib. Rəsmi məlumatlarda 5 nəfərin öldüyü, 38 nəfərin isə xasarət aldığı qeyd olunub.